Hakim olmaq istəyənlər imtahan verdilər | FOTOLAR

Hakim olmaq istəyənlər imtahan verdilər    | FOTOLAR
  09 Fevral 2025    Oxunub:616
Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda hakim olmaq istəyən, daha əvvəl test imtahanında müvəffəqiyyət qazanan 207 nəfər namizədin iştirakı ilə yazılı imtahan keçirilib.

İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və dərhal imtahan zalına gətirilib. Namizədlər onlardan təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.


Dörd saat davam edən imtahanda hakimliyə namizədlər sualları cavablandırmaqla, müvafiq qanunun məzmununu mümkün qədər dolğun çatdırmaq və onun izahını vermək bacarıqlarını nümayiş etdiriblər.


İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.


Hakimlərin Seçki Komitəsinin üzvü Elçin Xələfov jurnalistlərə deyib ki, imtahanın nəticələri Hakimlərin Seçki Komitəsinin üzvləri və bu fəaliyyətə cəlb olunan mütəxəssislər tərəfindən qiymətləndiriləcək. 60 və daha çox bal toplamış namizədlər növbəti mərhələyə vəsiqə qazanacaqlar.


Hakimlərin Seçki Komitəsi tərəfindən hakimliyə namizədlərin sənəd qəbulu fasiləsiz olaraq davam etdirilir. Komitə hakim olmaq istəyən namizədləri müsabiqədə fəal iştiraka dəvət edir.


Teqlər: Hakim   İmtahan   Məhkəmə  





Xəbər lenti